16:20 01 Oktyabr 2020 213
Ana səhifə Xəbərlər

Koronavirusa yoluxanların sayı açıqlandı – STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 80 yeni yoluxma faktı qeydə alınıb, 114 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 40309 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 38068 nəfər müalicə olunaraq sağalıb, 593 nəfər vəfat edib, aktiv xəstə sayı 1648 nəfərdir.

Ölkədə son sutka ərzində 5542, hazırkı dövrədək isə 1121290 test aparılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın