02:40 27 Fevral 2020 2025
Ana səhifə Xəbərlər

Koronavirusa yoluxmuş şəxs İrandan Gürcüstan-Azərbaycan sərhədinə mikroavtobusla gəlib

Gürcüstanda yeni növ koronavirusa yoluxma halı aşkar edilib.

APA Tvxəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Yekaterina Tikaradze brifinq zamanı bildirib.

“Bir neçə dəqiqə əvvəl Luqar laboratoriyasından analizlərin cavabını əldə etdik, analizlərə əsasən, ölkədə ilk koronavirusa yoluxma halı qeydə alınıb. Virusa yoluxan şəxs Azərbaycandan keçməklə İrandan gələn Gürcüstan vətəndaşıdır”, - deyə nazir qeyd edib.

Səhiyyə nazirinin sözlərinə görə, xəstəlik aşkar edilən şəxs 50 yaşlı kişidir. O, Gürcüstan-Azərbaycan sərhədindən birbaşa xəstəxanaya yerləşdirilib və heç kimlə kontakt qurmayıb.

GürcüstanXəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Məkrəzinin direktoruAmiran Qamkrelidze bildirib ki, həmin şəxs Gürcüstana dünən qayıdıb.

Gürcüstanda koronavirusa yoluxması təsdiqlənmiş şəxs İrandan Gürcüstan-Azərbaycan sərhədinə mikroavtobusla gəlib.

Amiran Qamkrelidzenin sözlərinə görə, məsələ ilə əlaqədar Azərbaycan tərəfi artıq məlumatlandırılıb.

Qeyd edib ki, Ümumdünya Səhiyyə Təşkilatı artıq həm İran, həm də Azərbaycanla virusa yoluxmuş şəxslərin kontaktda olduğu insanların vaxtında müəyyənləşdirilməsi istiqamətində iş aparır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın