16:57 12 Sentyabr 2020 693
Ana səhifə Xəbərlər

Koronavirusdan sağalanların sayı artdı - STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 135 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA TV-yə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 38172 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 35607 nəfər müalicə olunaraq sağalıb, 559 nəfər vəfat edib, aktiv xəstə sayı 2006 nəfərdir.

Ölkədə son sutka ərzində 7351, hazırkı dövrədək isə 1002727 test aparılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın