Külək, yağış, qar - HAVA XƏBƏRDARLIĞI
Noyabrın 15-də Bakıda və Abşeron yarımadasındafasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 9-11, gündüz 12-14 dərəcə isti təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən APA TV-yə bildirilib ki, noyabrın 15-də günortadan sonraya proqnozlaşdırılan hava şəraiti Abşeron yarımadasında yaşayan meteohəssas insanlarda narahatlıq yarada bilər.
Bəzi rayonlarda yağış yağacağı gözlənilir, ayrı-ayrı şimal və şərq bölgələrində yağıntının intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 11-16 dərəcə isti, dağlarda gecə gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti təşkil edəcək.