19:08 03 Mart 2021 71
Ana səhifə Xəbərlər

Kürdəmirdə ağır qəza – BİR AİLƏNİN 6 ÜZVÜ XƏSARƏT ALDI

Kürdəmirdə 6 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Tovuz rayon sakini, 59 yaşlı Dilqəm Məmmədovun idarə etdiyi "KamAz" markalı qoşqulu yük maşını ilə Bakı şəhər sakini, 49 yaşlı Mübariz Mustafayevə məxsus "Mercedes" toqquşub. Nəticədə "Mercedes"in sürücüsü və sərnişinləri - 35 yaşlı Leyla Mustafayeva, 71 yaşlı Dursun Mustafayeva, 67 yaşlı Bəsti Mustafayeva, 36 yaşlı Təravət İbrahimova və 13 yaşlı Nəzrin Mustafayeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Qeyd edək ki, xəsarət alanların hamısı eyni ailənin üzviləridir.

Faktla bağlı araşdırma aparılır.

Zahid Abışov,

Devran Əsgərov,

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın