14:00 22 Fevral 2020 1710
Ana səhifə Xəbərlər

Kürdəmirdə ananın meyiti su quyusundan, oğlunun meyiti evdən tapıldı

Kürdəmirdə ana və azyaşlı övladı yaşadıqları evdə ölü tapılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Şüşün kəndində qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Leyla Qəmbərovanın meyiti həyətdəki su hovuzundan, onun yaş yarımlıq övladı, Hilalın cəsədi isə evdən tapılıb.

Hadisə yerinə dərhal Kürdəmir rayon polis şöbəsinin və rayon prokurorluğunun əməkdaşları cəlb olunub.

Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyi tibbi ekspertiza və patoloji anatomiya birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Hadisənin hansı səbəbdən və necə baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın