08:40 29 Fevral 2020 170
Ana səhifə Xəbərlər

Kürdəmirdə iribuynuzlu heyvan yol qəzasına səbəb olub – XƏSARƏT ALANLAR VAR

Kürdəmirdə "Ford"-un vurduğu iribuynuzlu heyvan 3 avtomobilin qəza törətməsinə səbəb olub.

APA Tv-nin yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax yolunun Kürdəmir rayonun Qarabucaq kəndindən keçən hissəsində qeydə alınıb.

1954-cü il təvəllüdlü Gülməmməd Dadaşov idarə etdiyi "Ford" markalı mikroavtobusla qarşısına çıxan iribuynuzlu heyvanı vurub. Hadisədən sonra arxadan gələn Bərdə sakini, 1979-cu il təvəllüdlü Namiq Abbasov idarə etdiyi "Mercedes" markalı minik maşınını yolda ölüb qalmış iribuynuzlu heyvana çırpıb. Daha sonra Bərdə sakini, 1982-ci il təvəllüdlü SamirAbdullayev idarə etdiyi "Mercedes" markalı avtomaşınla hərəkətdə olarkən yolda ölüb qalmış heyvanı görüb. Sürücü sürəti azaldan zaman onun arxasından sürətlə gələn Bərdə sakini Azər adlı sürücü idarə etdiyi "Volsvaqen" markalı avtomaşını ona çırpılıb və "Mercedes" yoldan çıxaraq su kanalına düşüb.

Nəticədə "Mercedes"də olan sərnişinlər -Bakı sakinləri 1983 cü il təvəllüdlü Zakir Baxşəli oğlu Məhərrəmov,1956 cı il təvəllüdlü Qalib Kərim oğlu Rəhimov, Bərdə sakini, 1988 ci il təvəllüdlü Vüsalə Mehman qızı Novruzova və "Ford"un sürücüsü G. Dadaşov müxtəlif növ bədən xəsarəti alıblar. Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının travmotlogiya şöbəsinə çatdırılıblar.

Fakt araşdırılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın