20:40 03 Dekabr 2019 53
Ana səhifə Xəbərlər

Lavrov: “Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlər bərpa olunmalıdır”

Bakıda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov arasında təkbətək görüş keçirilib.

APA TV-nin məlumatına görə, görüşdə iki ölkə arasında qarşılıqlı əməkdaşlıq və Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edilib.

XİN başçılarınıntəkbətək danışıqları yekunlaşdıqdan sonra geniş tərkibli görüş baş tutub. Görüşdən sonra dövlət rəsmilərinin də iştirakı ilə mətbuat konfransı keçirilib.

Azərbaycanın Xarici İşlər naziriElmar Məmmədyarov rəsmi Bakı və Moskva arasında ikitərəfli münasibətlərin strateji əhəmiyyətə malik olduğunu deyib. Bildirib ki, iki ölkə arasında uğurlu iqtisadi əlaqələr var və bu əlaqələr üçün hüquq çərçivə də mövcuddur: İqtisadi əlaqələrdə ticarət dövriyyəsinin həcmi 2,5 milyard dolları ötüb. Bu ilin sonunadək bu rəqəmi 3 milyard dollara çatdırmağı hədəfləyirik. Azərbaycan Rusiyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Azərbaycanın Rusiyaya qoyduğu investisiya 1,2 milyard dolları keçib, Rusiya isə Azərbaycana 4,9 milyard dollar investisiya qoyub”.

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov rəsmi Moskvanın Azərbaycan və Ermənistan XİN başçılarının qarşıdakı Bratislava görüşündən nəticə gözlədiyini vurğulayıb. Onun fikrincə, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlər bərpa olunmalıdır: "Əhali və xalqlar arasında münasibətlərin qurulması vacibdir. İstənilən qərarı həm Ermənistan, həm Azərbaycan, həm də Dağlıq Qarabağın bütün əhalisi verməlidir. Jurnalistlər bu istiqaməti nə qədər çox işıqlandırsa, əldə etməyə ümid etdiyimiz hədəflər daha dayanaqlı olacaq. İcmalararası görüşlər əvvəllər də keçirilib və bərpa olunmalıdır. Bu perspektivli mövzudur. Dağlıq Qarabağın icmaları gələcək yaşayış barədə müzakirələr aparmalıdır".

İki ölkə arasında humanitar sahədə nümunəvi əməkdaşlıq qurulduğunu deyən Sergey Lavrov Azərbaycanın Birinci vitse-prezidentiMehriban Əliyevanın bu yaxınlarda Moskvaya etdiyi rəsmi səfərin səmərəli olduğunu vurğulayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın