23:20 23 May 2020 315
Ana səhifə Xəbərlər

Lənkəran sakini narkotiklə tutuldu

Lənkəranda yaşayış evindən külli miqdarda tiryək aşkarlanıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, Rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Mehman Əliyev saxlanılıb.

Onun yaşadığı evə baxış zamanı 17 bükümdə ümumi çəkisi 614 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın