15:27 29 İyun 2020 342
Ana səhifə Xəbərlər

Lənkəran və Masallı sakinləri tutuldu – NARKOTİK SATDIQLARINA GÖRƏ

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin əməkdaşları narkotik satan Lənkəran və Masallı sakinlərini yaxalayıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, əməliyyat tədbirləri nəticəsində Masallı rayonunun Xıl kənd sakini Fərid Abbasov saxlanılıb. Onun üzərindən bir bükümdə heroin aşkarlanaraq götürülüb.

Aparılan araşdırmalarla Fərid Abbasovun narkotik vasitəni Lənkəran rayonunun Qumbaşı kənd sakini, Ağadadaş Qafarovdan əldə etdiyi müəyyən edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Ağadadaş Qafarovun yaşadığı evə keçirilən baxış zamanı oradan 3 kiloqram 145 qram qurudulmuş marixuana, 8 qram heroin və 5,5 qram metamfetamin aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq Ağadadaş Qafarovun narkotik vasitəni əldə etdiyi mənbə də aşkarlanıb və həmin şəxsin Masallı rayonunun Boradigah qəsəbə sakini Hacıəli Rəfiyev olduğu müəyyən edilib. Saxlanılan Hacıəli Rəfiyevin üzərindən və yaşadığı evdən ümumilikdə 383 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın