16:40 14 Fevral 2020 172
Ana səhifə Xəbərlər

Lənkəranda 10 nəfərin yaşadığı ev yandı – AİLƏ SON ANDA XİLAS OLDU

Lənkəranda 10 nəfərin yaşadığı ikimərtəbəli ev yanıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, yanğınMirzə Fətəli Axundov küçəsi 143 ünvanında baş verib.

Belə ki, eyni ünvanda qeydiyyatda olan on nəfərdən ibarət iki ailənin yaşadığı ev yanıb.

Ev sakinləri ikinci mərtəbədə olduqlarından yanğından gec xəbər tutublar. Buna görə də son anda yanğından xilas olublar.

Ev sahibi Babək Əliyev deyir ki, yanğın zamanı ilk öncə uşaqları xilas etməyə çalışıblar: “Saat gecə 3 olardı təxminən. Yatmışdıq, plastik şüşələrin partlamasına durduq, mən durmamışdım, evdə ilk xanım durub. Mənə dedi ki, yanır. İnanmadım, çıxdım çölə, gördüm həqiqətən də yanır. Birinci uşağı çıxardıq çölə, 6 yaşındadır…. Xəsarət alan Xuraman Əliyevadır - uşaqların anası. Uşağı çıxaranda ayağı və əli yandı. Özümüzü alovun içinə atdıq ki, uşaqlar yanmasın heç olmasa”.

Yanğın zamanı xəsarət alan 1978-ci il təvəllüdlü Xuraman Əliyeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Hadisə zamanı evin birinci və ikinci mərtəbələrində hər biri 20 kvadratmetr olan iki otaq, döşəmə və çardaq hissəsi yanıb. Yanğının qısaqapanmadan baş verdiyi ehtimal olunur: “Gecələr qazı söndürürük, işıqdandır, başqa heç bir şey. Əgər qazdan olsaydı, partlayardı. Partlayış yoxdur, ancaq yanmadır”.

Hadisəyerinə Lənkəran Yanğından Mühafizə Hissəsinin 3 texnikası və canlı qüvvəsi cəlb olunub. Yaşayış evinin digər otaqları yanğından qorunub.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın