00:40 07 Dekabr 2019 180
Ana səhifə Xəbərlər

Lənkəranda 4 ailənin yaşadığı evdə yanğın olub

Lənkəranda 14 nəfərin yaşadığı evdə yanğın olub.

APA TV-nin cənub bürosunun məlumatına görə, gecə saatlarında rayonun Səpnəkəran kəndində 1961-ci il təvəllüdlü Ələddin Mahmudova məxsus və 4 ailənin məskunlaşdığı birmərtəbəli 4 otaqlı evdə yanğın olub.

Ev sahibi Ələmzar Mahmudova yanğının elektrik naqillərindən başladığını deyir: “Mən girdim içəri, gördüm ki, elektrik naqilləri yanır. Çaynikləri götürüb su səpdim, söndü. Yuxarı yanırdı. İçəridən gələn elektrik naqilləri yanırdı. Övladlarım çıxdılar dama, söndürə bilmədilər, partladı. Televizorlar partladı.

Ələddin Mahmudov isə hadisəni belə xatırlayır: “3-cü oğlum məni yuxudan durğuzdu və dedi ki, nəsə transformator kimi səs gəlir. Sayğacı söndürdüm, qapını döydüm, uşaqları çölə çıxardım. Uşaqlar yatmışdı. Heç cür imkan olmadı söndürməyə... Göz qabağındadır, cehizləri, heç nəyi çıxarmaq olmadı”.

3 otağı əşyaları ilə birgə yanan 4 otaqlı evdə 6-sı azyaşlı olmaqla 14 nəfər yaşayır. Ümumi sahəsi 120 m² olan evin yanar konstruksiyaları 38 m² və dam örtüyü 50 m² sahədə yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Ailə üzvlərindən I qrup əlil Aslan Mahmudzadəni yanan evdən çıxarmaq çətinliklə baş tutsa da, xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın