17:37 19 Sentyabr 2020 331
Ana səhifə Xəbərlər

Lənkəranda 90 yaşlı kişini maşın vurub öldürdü

Lənkəranda 90 yaşlı kişini maşın vuraraq öldürüb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran-Boradigah yolunun Veravul kəndindən keçən hissəsində qeydə alınıb.

Rayonun Separadi kənd sakini, 1987-ci il təvəllüdlü Hünər Rzayev idarə etdiyi "VAZ-2104" markalı avtomobillə Veravul kənd sakini, 1930-cu il təvəllüdlü Fərman Qurbanovu vurub. Çoxsaylı sınıq xəsarətləri alan piyadanı sürücü özü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Ağır yaralanan Fərman Qurbanov dərhal Reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın