17:55 10 Avqust 2020 309
Ana səhifə Xəbərlər

Lənkəranda avtomobilin vurduğu piyada öldü

Lənkəranda qəza nəticəsində 65 yaşlı qadın ölüb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, hadisə Lənkəran rayonunun Boladi kəndi ərazisində baş verib.

Belə ki, Şağlaser kənd sakini Xurşud Ağayev idarə etdiyi “Daewoo” markalı avtomobillə yolun kənarında olan Boladi kənd sakini 65 yaşlı Moskva Məhərrəmovanı vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın