06:22 15 Aprel 2021 54
Ana səhifə Xəbərlər

Lənkəranda avtomobilin vurduğu piyada ölüb

Lənkəranda avtomobilin vurduğu piyada ölüb, sürücü hadisə yerindən qaçıb.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi rayonun Şıxəkəran kəndində qeydə alınıb. Hələlik istintaqa məlum olmayan sürücü idarə etdiyi avtomobillə kənd sakini 1968-ci il təvəllüdlü Zülfiyyə Şəhadət qızı Əliyevanı vuraraq hadisə yerindən qaçıb. Təcili tibbi yardım briqadasının köməkliyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına ağır bədən xəsarətləri ilə çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti müayinə olunmaqdan ötrü aidiyyəti üzrə təhvil verilib.

Hazırda hadisə yerindən qaçan sürücünün müəyyən edilməsi istiqamətində tədbirlər görülür. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın