15:17 05 Dekabr 2020 213
Ana səhifə Xəbərlər

Lənkəranda qohumunun evindən oğurluq edən şəxs tutuldu

Lənkəranda qohumunun evindən oğurluq edən şəxs saxlanılıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonun Aşağı Nüvədi kəndindəki bir yaşayış evindən ümumi dəyəri 1150 manat olan televizor, müşahidə kamerasının yaddaş aparatı, su motoru və anten aparatının oğurlanması ilə bağlı polisə müraciət daxil olub.

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun zərərçəkmişin qohumu, Aşağı Nüvədi kənd sakini Mansur Dadaşov olduğu müəyyən edilib. Oğurlanmış əşyalar həmin şəxsdən aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın