21:20 06 İyun 2020 329
Ana səhifə Xəbərlər

Lənkəranda sərtləşdirilmiş karantin rejimi - TƏLƏBLƏRİ POZANLARA QARŞI TƏDBİRLƏR GÖRÜLÜB

Lənkəranda da sərt karantin rejimi qaydalarına ciddi şəkildə riayət olunur.

APA TV-nin məlumatına görə, polis əməkdaşları avtopatrullarda quraşdırılmış xüsusi səsgücləndiricilər vasitəsilə əhaliyə evdən çıxmaması barədə təbliğat aparır.

Edilən xəbərdarlıqlara baxmayaraq sərtləşdirilmiş karantin rejimi tələblərini pozan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Xatırladaq ki, 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti istisna olmaqla). Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın