07:31 06 Fevral 2018 381
Ana səhifə Xəbərlər

Lənkəranın ucqar kəndinin yolu sürüşdü

Lənkəranın ucqar dağ kəndində torpaq sürüşməsi baş verib. Nəticədə avtomobil yolu bağlanıb.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, sürüşmə ötən gün Lənkəran rayonunun mərkəzindən 43 kilometr məsafədə olan Jidi kəndinin ərazisində qeydə alınıb. Sürüşmə kəndin əsas avtomobil yolunun 100 metrlik hissəsini əhatə edib. Lay torpaq qatının sürüşməsi zamanı dağ yolu keçilməz hala düşüb. Sürüşmə nəticəsində yolda 1 metr enində çatlar əmələ gəlib.

Bu yol Gəgiran kəndi ilə rayonu birləşdirən yeganə avtomobil yolu olduğundan həmin kəndlə nəqliyyat əlaqəsi də kəsilib. Əraziyə dərhal FHN-in Cənub Regional Mərkəzinin nümayəndələri gələrək sürüşmə yerinə baxış keçirib. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.

Torpaq sürüşməsi baş verən ərazidə evlər olmadığından sakinlərə hər hansı bir maddi zərər dəyməyib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın