11:00 06 İyun 2020 849
Ana səhifə Xəbərlər

"Limak" tezliklə ekspress yükdaşıma xidmətini istifadəyə verəcək

Koronavirus pandemiyası günlərində ölkədə ticarət mərkəzlərinin bağlanması və alış-verişin dayandırılması onlayn ticarətin fəaliyyətinə ciddi təkan verdi. Mağazalara, alış-veriş mərkəzlərinə gedə bilməyən müştərilər müxtəlif onlayn ticarət platformaları vasitəsilə xaricdən sifarişlərə üstünlük verdilər. Daha çox qonşu Türkiyədən və uzaq Amerika Birləşmiş Ştatlarından məhsul sifariş edən alıcılar bu zaman həm pullarına, həm də vaxt itkisinə qənaət etmiş oldular.

Bəs müştərilər istədikləri məhsulları tez bir zamanda, tıxaclarda və növbələrdə vaxt itirmədən necə sifariş edə bilər?

Türkiyədən onlayn qaydada ölkəmizə sifarişlər gətirən “Limak” şirkətinin rəhbəri Kamil Abışov deyir ki, pandemiya və karantin səbəbi ilə sərhədlər bağlananda Türkiyə və digər dövlətlərlə onlayn ticarətin də azalacağını düşünüblər, amma gözlənilənlərin əksi ilə qarşılaşıblar: “Limak” şirkətində əməkdaşlarımız 7/24 fasiləsiz rejimdə fəaliyyət göstərirlər. Əməkdaşlarımız həm sosial şəbəkələrdən, həm telefon zənglərini qəbul etməklə, eyni zamanda “Limak.az” saytı üzərindən onlayn çat vasitəsilə sualları cavablandırırlar. Əgər müştərinin məhsul sifarişi ilə bağlı hər hansı çətinliyi varsa, onu həll edirlər”.

Müştərilərin həmişəki kimi, geyim almağa üstünlük verdiklərini deyən şirkət rəhbəri onu da bildirib ki, Türkiyədə türk lirəsinin Azərbaycan manatına nisbətdə ucuzlaşması və ənənəvi aprel endirimləri satışların artmasına müsbət təsir edən amillərdəndir.

Maraqlıdır ki, Türkiyədən malların daşınma qiymətlərində hər hansı bir dəyişiklik baş verməyib - qiymətlər pandemiyadan əvvəl necə idisə, eləcə də qalıb. Dəyişən yalnız müştərilərə göstərilən xidmətin keyfiyyətinin daha da artırılmasıdır: “Digər şirkətlərdən fərqli olaraq, bizim şirkətin üstünlükləri ondan ibarətdir ki, müştərilərimizi nə malların çatdırılmasında, nə anbarda, nə də kassada saatlarla gözlədirik. Əksinə, bizim şirkətdə məhsulun gecikdirilməsində hər hansı gecikmə yaranmır. Bu yaxın zamanlarda “Limak” şirkəti daha bir ilkə imza atacaq. Belə ki, dünyanın ən böyük və öndə gedən ekspress şirkətlərindən biri ilə əməkdaşlıq müqaviləsi imzalayacağıq. Hazırda texniki problemlər həll olunur və bu məsələlər tamamlandıqdan sonra yeni xidmətimizi müştərilərin ixtiyarına verəcəyik”.

“LİMAK” VM MMC-nin meneceri Sona Hacıyevanın sözlərinə görə, məhsulların müştərilərə çatdırılma üsulu isə çox sadədir: “Müştərilərimiz ilk növbədə yaxınlaşırlar kassaya, sifariş etdikləri bağlamaların daşınma haqqını ödəyirlər və anbara yönəlirlər. Burada onlar bağlamalarını təhvil alırlar. Ola bilər ki, satıcı firma hər hansı bir yanlışlığa yol verib. O zaman həmin alıcılar yönəlirlər müştəri xidmətlərinə. Biz orada dərhal məsələnin həll edilməsinə və yaranmış problemin aradan qaldırılmasına çalışırıq. Xidmətimizdə ən önəmli üstünlüyümüz odur ki, müştərilərimizin məmnuniyyəti təmin edilsin. Müştərinin məmnunluğu bizim işimizin daha çox irəliləməsinə və inkişafımıza xidmət edir”.

Şirkətin müştəriləri də onlara göstərilən xidmətdən razılıq edirlər:

- Çox hallarda mən “Limak”dan onlayn sifariş edirəm. Həm ucuz başa gəlir, həm də etibarlıdır. Əsas odur ki, məhsullarım vaxtlı-vaxtında çatdırılır.

- Onlayn sifariş verəndə çeşid çox olur, istədiyimizi sifariş edə bilirik. “Limak”da çatdırılma, qəbul rahat olduğundan buranı seçirəm.

Qeyd edək ki, 2019-cu ildə fəaliyyətə başlamış “LİMAK” VM MMC-nin Bakı və Azərbaycanın bütün bölgələrində lisenziyalı regional ofisləri fəaliyyət göstərir. Anbar xidməti olan “LİMAK” VM MMC bu günə qədər 50 mindən artıq istifadəçinin 300 mindən çox bağlamasını təhvil verib: “Məhsullarımız Türkiyə və Amerikadan həftədə iki dəfə olmaqla daxil olur gömrük məntəqəsinə. Orada gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra məhsullar bu anbara yığılır. Burada məhsulların çeşidlənməsi gedir. Bundan sonra məhsullar Azərbaycanın 4 bölgəsində - Sumqayıt, Gəncə, Zaqatala və Lənkəran şəhərlərində olan ofislərinə göndərilir”.

Qeyd edək ki, “Limak” VM MMC Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (İATA) akkreditə olunmuş yük agenti olaraq Azərbaycandan daşınması xüsusi sertifikat tələb edən yüklərin İATA qarantiyası altında daşınmasını təmin edir. Əgər Siz də “Limak” VM MMC-nin peşəkar müştəri xidmətlərindən istifadə etmək istəyirsinizsə, *9595 çağrı mərkəzi və bütün sosial platformalardakı onlayn xidmətlərindən istifadə edə bilərsiniz. Çünki “Limak” sizə peşəkar xidmət və zəmanətli çatdırılma təminatı verir.

İlahə Vəliyeva

Əli Ələkbər

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın