22:00 09 Sentyabr 2019 26
Ana səhifə Xəbərlər

“Linlin” Şimali və Cənubi Koreyanı vurdu - RAKETDƏN BETƏR ZƏRBƏ

Koreya yarımadası ard-arda iki qasırğanın hücumuna məruz qalıb.

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, təbii fəlakət nəticəsində ölən və yaralılar var. Təhlükə yarımadanın şimalında və cənubunda aviareyslərin təxirə salınması, enerji verilişinin dayandırılması məcburiyyəti yaradıb.

İri gövdəli ağaclar evlərin üzərinə aşıb, küçələri su basıb, əkin sahələri yararsız hala düşüb.

Qasırğa iki gündür tüğyan edir. Rəsmi Pxenyan dəymiş zərərin hesablandığını açıqlayıb. Kənd təsərrüfatında çalışanlara daha çox ziyan dəyib. Çəltik sahələrinə və qarğıdalı əkilən 45 min hektar ərazidə hərbçilər fermerlərə kömək üçün cəlb olunub.

”Linlin” uzaq şərqin ən dağıdıcı qasırğası sayılır. Ərazinin iki dövlətində - Şimali və Koreyada külək dünənə nisbətən səngiyib.

Bu arada Yaponiyanın şərq sahilləri başqa bir qasırğanın episentri. “Faksay”ın sürəti saatda 200 km-yə çatıb. Təyyarələrin uçuşu qadağan edilib, dəmir yollarında qatarlar dayandırılıb. Bir nəfər ölüb.

Meteoroloqlar təhlükənin davam etdiyi barədə xəbərdarlıq edib.


Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın