14:06 06 Dekabr 2019 336
Ana səhifə Xəbərlər

Lukaşenko: “Putinlə sərt danışacağam, Belarus müstəqil qalacaq!”

“Mən uşaq-muşaq deyiləm, mən 3-4 ilin dövlət başçısı deyiləm. Mən çox çətinliklər görmüşəm. Sizinlə birgə, xalqla birgə müstəqil dövlət qurmuşam. İndi kimsə fikirləşir ki, onu hansısa qutuya qoyub, ağzını bağlayıb, harasa ataq və ya kiməsə hədiyyə edək? Nə qədər ki, mən varam, bu olmayacaq. Bu ölkə bizimdir! Biz azad və müstəqilik, bununla da fəxr etməliyik! Biz heç vaxt hansısa dövlətin tərkibinə keçmək barədə düşünməmişik, hətta o dövlət qardaş Rusiya olsa belə”.

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə söhbəti sərt və qəti olacaq.


Kreml 1999-cu ildə imzalanmış “İttifaq müqaviləsi”nə əsaslanaraq qonşu dövlətlə inteqrasiyanı genişləndirməkdə israr edir. Yeni şərtlərdə vahid valyuta məsələsi də yer alır. Rəsmi Minsk isə hesab edir ki, bu hal Belarusun müstəqilliyinə məhdudiyyət qoyulması anlamına gəlir.

Xatırladaq ki, inteqrasiyanın genişləndirilməsi ilə bağlı saziş dekabrın 8-də imzalanmalıdır. İki ölkə arasında “İttifaq müqaviləsi” də məhz eyni gündə - 20 il əvvəl təsdiq edilib.


Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın