18:59 25 Yanvar 2021 155
Ana səhifə Xəbərlər

Lütfi Zadənin 100 illiyi qeyd ediləcək - SƏRƏNCAM

Prezident İlham Əliyev görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

APA TV xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə görkəmli elm xadimi Lütfi Zadənin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməlidir.

Qeyd edək ki, bu ilin fevral ayında Lütfü Zadənin (Lütfəli Rəhim oğlu Ələsgərzadənin) anadan olmasının 100 ili tamam olur.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın