16:10 19 Aprel 2021 55
Ana səhifə Xəbərlər

Mağazaya oğurluğa girdilər, polis iş başında yaxaladı

Xaçmazda mağazadan oğurluq etmək istəyən şəxslər iş başında yaxalanıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA TV-yə verilən məlumata görə, Xaçmaz rayon sakinləri Hacımurad Süleymanov və Ceyhun Cəbrayılov gecə saatlarında rayon ərazisində yerləşən mağazaların birinə qanunsuz daxil olaraq oradan oğurluq etməyə cəhd ediblər. Lakin onların bu əməlinin qarşısı həmin ərazidə xidmət aparan Xaçmaz Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən alınıb və həmin şəxslər “iş başında” yaxalanaraq, oğurluq zamanı istifadə etdikləri maddi sübutlarla birlikdə Xaçmaz Rayon Polis Şöbəsinə gətirilib.

Dindirilmə zamanı Hacımurad Süleymanov və Ceyhun Cəbrayılov törətdikləri cinayət əməlini etiraf ediblər:

- Dünən gecə saat 3 radələrində Xudat-Nabran yolunda dükana daxil olmuşuq. Mühafizə polisi bizi dükanın içində tutub. Pul götürmək məqsədilə girmişdik, heçnə götürə bilmədik.

- Xudatda dükana girdiyimiz zaman tutulmuşuq. Peşmanam.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın