22:00 22 Avqust 2019 226
Ana səhifə Xəbərlər

Makler müştərisinə silah çəkdi: “Məndən canlı idi”

Abşeron sakinindən silah götürülüb. APA TV-nin məlumatına görə, Qobu qəsəbə sakini Elşən Əbdülkərimov öz həmkəndlisinə silah çəkdiyinə görə tutulub. Əvvəllər torpaq alqı-satqısı ilə məşğul olan Elşən Əbdülkərimov, bir neçə il öncə razılaşma yolu ilə başqasına torpaq satıb, lakin sənədləşmədə problemlər üzə çıxıb. O, üzərində gəzdirdiyi pnevmatik tapançanı qorxutmaq məqsədi ilə istifadə etdiyini desə də, daha sonra qaçaraq hadisə yerindən uzaqlaşıb. Məsələ ilə bağlı dərhal Abşeron Rayon Polis İdarəsinə məlumat verilib. Elşən Əbdülkərimov isti izlərlə saxlanılaraq polis idarəsinə gətirilib: “Gəldim ora, torpağın sahibi ilə mübahisə yarandı. Baxdım fiziki cəhətdən məndən üstündü, qorxutmaq məqsədi ilə 2005-ci ildə Türkiyə vətəndaşı Davud adlı şəxsdən aldığım pnevmatik tapança ilə göyə iki dəfə atəş açdım”. Maklerin istifadə etdiyi pnevmatik tapança maddi sübut kimi götürülərək, istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın