22:44 03 Mart 2021 56
Ana səhifə Xəbərlər

Martın 8-də Azərbaycanda ictimai nəqliyyatın hərəkəti dayandırılacaq

Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

APA TV-nin məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarında müvafiq dəyişiklik edib.

Xatırladaq ki, bundan öncə “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara əsasən, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.

Qeyd edək ki, 8 mart Qadınlar günü iş günü olmayan bayram günüdür.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın