11:32 03 İyul 2020 337
Ana səhifə Xəbərlər

Masallıda karantin qaydalarını pozan kafe və çayxana aşkarlandı

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozan, məsuliyyətsiz davranış sərgiləyən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, bu istiqamətdə Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbirlər nəticəsində rayon ərazisində yerləşən 1 kafe və 1 çayxananın sərtləşdirilmiş karantin rejiminin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Obyektlərə baxış zamanı kafenin sahibi Ramiz Abıyev və 3 müştərisi, çayxananın sahibi Səfər Əlizadə və 8 müştərisi Polis Şöbəsinə gətiriliblər:

Çayxananın sahibi Səfər Əlizadə əməlindən peşman olduğunu deyir: “Çayxananı açmışdım. Gəldilər uşaqlar çay istədilər, 5-6 nəfər. Onlara çay verdim. Mən də ki, karantin rejimini pozmuşdum , ona görə də çox böyük səhv eləmişəm. Bir də belə şeylərə yol vermərəm”.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın