16:00 10 Aprel 2020 293
Ana səhifə Xəbərlər

Masallıda saxta vəsiqə düzəldib karantini pozdu - POLİS YAXALADI

Masallıda saxta vəsiqə ilə karantin qaydalarını pozmaq istəyən şəxs saxlanılıb.

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, rayonunun Yeni Zuvand kənd sakini Elvin Muradov xüsusi karantin rejiminin tələblərinə əsasən şəhər ərazisində saxlanılan zaman o, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarına Əmlak Məsələləri üzrə Dövlət Komitəsində işlədiyini bildirib.

Üzərində gəzdirdiyi vəsiqəni polis əməkdaşlarına təqdim etdikdə isə vəsiqənin saxta olduğu müəyyən edilib.

Araşdırmalarla məlum olub ki, Elvin Muradov rayon ərazisində sərbəst hərəkət etmək üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsində mütəxəssis işlədiyi barədə saxta vəsiqə hazırlayıb.

Saxlanılan Elvin Muradov vəsiqəni özünün düzəltdiyini deyir: “Karantinə görə, çölə çıxa bilmədiyimizə görə, vəsiqə düzəltdim özüm üçün. O vəsiqə ilə rayon ərazisində rahat gəzmək üçün. Məni polis əməkdaşları saxladı və vəsiqənin saxta olduğunu bildilər və məni polis şöbəsinə gətirdilər. Tutduğum əməldən peşmanam, səhv etmişəm, heç kim də bu əməli etməsin”.

Faktla bağlı araşdırma aparılır.

Tural Kərimov

Rövşən Əzimov

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın