07:20 10 Avqust 2019 37
Ana səhifə Xəbərlər

Maşın yoldan çıxdı: sürücü ağır yaralandı - AĞCABƏDİDƏ QƏZA

Ağcabədidə idarəetməni itirən sürücü ağır yaralanıb. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Bilağan kəndində qeydə alınıb. Rayon sakini 21 yaşlı Əliyev Şaməddin Niyaməddin oğlu Əliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yoldan çıxıb. Ağır bədən xəsarəti alan gənc sürücü Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Daha sonra yaralı Bərdə xəstəxanasına aparılıb. Həkimlər Şaməddin Əliyevin vəziyyətini ağır qiymətləndirir. Faktla bağlı araşdırma başlanıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın