19:23 04 İyun 2020 323
Ana səhifə Xəbərlər

Maşının yük yerində Bakıya gəlmək istəyən şəxs və sürücü yaxalandı

Koronavirus pandemiyası ilə mübarizədə bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə vətəndaşların hərəkətinə tətbiq olunan məhdudiyyətləri pozaraq Bakı şəhərinə avtomobilin yük yerində keçmək istəyən şəxs və nəqliyyat vasitəsinin sürücüsü polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, keçirilən tədbir zamanı Masallı rayon sakinləri Mircəlal Ağayev və Kərim Mustafayev tutulub.

Araşdırma zamanı müəyyən edilib ki, Kərim Mustafayev tanışı Mircəlal Ağayevlə əvvəlcədən razılaşaraq onu idarə etdiyi “Opel” markalı avtomobilin yük yerində gizli olaraq Bakı-Ələt yolundakı xüsusi polis postundan keçirib. O, postdan keçəndən bir neçə kilometr sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Mircəlal Ağayev və Kərim Mustafayev inzibati qaydada həbs ediliblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın