10:00 15 Yanvar 2020 157
Ana səhifə Xəbərlər

Maştağa sakinindən 2 kq heroin götürüldü

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxs saxlanılıb.

APA TV-nin məlumatına görə, Bakı şəhər BPİ-nin Narkotiklərlə Mübarizə İdarəsinə Sabunçu rayonunun Maştağa qəsəbəsində bir nəfərin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə idarəyə əməliyyat məlumatı daxil olub.

Əvvəllər məhkum olunmuş paytaxt sakini Faiq Dadaşov 0,7 qram narkotik vasitə olan heroini şərti alıcıya 50 manata satmaq istəyərkən saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq F.Dadaşovun yaşadığı evdə də külli miqdarda narkotik vasitə gizlətdiyi müəyyən olunub. Onun Maştağa qəsəbəsində yerləşən evinə baxış zamanı əlavə olaraq 2 kiloqram 115 qram heroin aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, bu şəxs narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq məqsədilə alıb.

Faktla bağlı cinayət işi başlanıb, əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın