13:14 18 Oktyabr 2020 128
Ana səhifə Xəbərlər

Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə paylaşım edib.

APA TV-nin məlumatına görə, Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində etdiyi paylaşımda deyilir:

"Bu günlərdə bütün dünya ictimaiyyəti Azərbaycan xalqının yenilməz iradəsinin, qətiyyətinin, əzminin, birlik və həmrəyliyinin, Vətənə sadiqliyinin şahididir. Əminəm ki, xalqımızın məhz bu xüsusiyyətləri bizə qarşımızda dayanan bütün vəzifələrin öhdəsindən uğurla gəlməyə, o cümlədən müstəqilliyimizi qoruyub saxlamağa hər zaman kömək edəcəkdir. Qoy Azərbaycanın müstəqilliyi əbədi olsun! Uca Tanrı xalqımızı, Vətənimizi qorusun!"

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın