11:20 12 Noyabr 2019 40
Ana səhifə Xəbərlər

“Məhsuldarlıq azalacaq, su qıtlığı və səhralaşma başlayacaq” - AZƏRBAYCANDA

“İqlim istiləşməsi məhsuldarlığı aşağı salacaq, torpaqda kimyəvi və biokimyəvi proseslərin sürətlənməsi floraya mənfi təsir edəcək”.

APA TV-nin məlumatına görə, bunu Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov deyib: “İqlim istiləşməsi ilə şoranlaşmış ərazilərin sahəsi və səhralaşma prosesi artacaq, su qıtlığı yaranacaq, quraqlıq səbəbindən çayların suyu azalacaq”.

Alim həmçinin qeyd edib ki, Xəzərdə buxarlanma artacaq, Kür-Araz ovalığında quraqlıq müddəti 50-60 gündən çox davam edə bilər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın