10:00 02 Dekabr 2019 36
Ana səhifə Xəbərlər

Meksikada mafiya ilə polis atışdı - 20 ÖLÜ

Meksikanın şimalında baş verən silahlı insidentdə 20 nəfər öldürülüb.

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, polis və narkokartel üzvləri arasında atışma olub.

Cinayətkar dəstə 14, polis isə 4 üzvünü itirib. İki dinc sakin də gülləyə tuş gəlib.

Villa Union şəhərinə pikaplarla daxil olan silahlılar meriya binasını atəşə tutub. “Cartel del Noreste” adlı bandanın 60 üzvü dayanmadan inzibati binalara atəş açıb.

İnsident ölkə prezidentini tənqid edən tərəflərə daha kəskin danışmaq şansı verib.

Ölkə başçısı Andreas Manuel Lopes Obradar isə öz növbəsində həyatını itirən polislərin yaxınlarına baş sağlığı verib və ABŞ prezidenti Donald Trampa cinayətkarlıqla mübarizə üçün dəstək təklifinə görə təşəkkür edib.

Xatırladaq ki, narkokartellə mübarizə Meksikada on illərdir davam edir və heç bir müsbət nəticə əldə olunmayıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın