21:20 10 Oktyabr 2019 29
Ana səhifə Xəbərlər

"Mercedes Gelandewagen" qəfildən alışdı

Bakının Xəzər rayonu ərazisində avtomobil yanıb.

APA TV - nin məlumatına görə, hadisə aeroport şossesində, Milli Aviasiya Akademiyasının qarşısında qeydə alınıb.

Belə ki, 10-PP-222 qeydiyyat nişanlı "Mercedes Gelandewagen" markalı avtomobil qəfildən alışmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub və yanğının qarşısı alınıb. Bununla belə, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın