23:20 08 Oktyabr 2019 26
Ana səhifə Xəbərlər

Meşələrdə ağac qoymayıblar - 12 NƏFƏR “BANDOTDEL”Ə GƏTİRİLDİ

Quba və Qusar rayonları ərazisində meşə ağaclarını kütləvi şəkildə kəsib aparan dəstə ələ keçib.

APA TV-nin məllumatına görə, Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə birgə əməliyyat keçirib.

Meşə massivlərinin kütləvi qırılması faktı təsdiqlənib və kəsilən ağacların kötükləri polis əməkdaşları və ekspertlərin iştirakı ilə müayinədən keçirilib.

Əməliyyat davam etdirilib və ağacların kütləvi olaraq qırılması ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvləri - 12 nəfər saxlanılıb.

Onların Quba və Qusar rayonlarında fəaliyyət göstərən ağac emalı sexlərinə baxış zamanı qanunsuz kəsilmiş fıstıq, vələs, qoz, palıd və sair ağaclarının oduncaqları aşkar olunub. Məhv edilən ağaclar qiymətli növlərə aiddir və kəsilməsi qanunla qəti qadağandır.

Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb.

Bu əməllərə yol verən şəxslərə xəbərdarlıq edilərək bildirilir ki, onlar qısa zamanda müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb olunacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın