11:20 03 Dekabr 2019 91
Ana səhifə Xəbərlər

Messi Kriştianu Ronaldonu yenə arxada qoydu - REKORDLA

Lionel Messi 6-cı dəfə “Qızıl top”a sahib olub.

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, bununla da argentinalı futbolçu öz karyerasında rekorda imza atıb.

Futbolçu etiraf edib ki, idman karyerasına başlayanda bu mükafatı heç 1 dəfə də qazanacağını ağlına belə gətirməzdi: “Mən heç təsəvvürümə gətirməzdim ki, bu mükafata 6 dəfə sahib olacağam. Amma bu çox gözəldir - mən indi dünyada bu mükafata ən çox layiq görülən yeganə futbolçuyam”.

Bu mükafatı qazanmaqla L.Messi “əbədi rəqibi” - portuqaliyalı Kriştianu Ronaldunu yenidən arxada qoyub. O, bu mükafata 5 dəfə layiq görülüb. Yeri gəlmişkən K.Ronaldu və hollandiyalı müdafiəçi Vircil van Deyk də “Qızıl top”a builki namizədlər sırasında idi.

Xatırladaq ki, “Qızıl top” Fransada 1956-cı ildən təqdim olunur. Qalibi dünyanın müxtəlif ölkələrindən idman jurnalistləri müəyyən edir. “Qızıl top” mükafatını dünyanın ən yaxşı futbolçusunu “France Football” təqdim edir.

32 yaşlı L.Messi ötən mövsüm Argentina yığması və İspaniyanın “Barselona” klubunun heyətində 58 oyuna 54 qol vurub. Bununla da argentinalı “Qızıl buts”a da sahib olub. Noyabr ayının 27-də isə “Barselona” klubunda özünün yubiley - 700-cü matçına çıxıb. L.Messi katalon klubunda 2004-cü ildən çıxış edir və rəqiblərini 613 dəfə şəxsən məyus edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın