00:00 13 Yanvar 2020 440
Ana səhifə Xəbərlər

Məzahir Pənahov: “Sosial şəbəkələr seçki prosesində şəffaflığı təmin edir”

Məzahir Pənahov: “Sosial şəbəkələr seçki prosesində birinci növbədə şəffaflığı təmin edir”.

APA TV-nin məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Seçki-2020 Müstəqil Media Mərkəzinin açılış mərasimində deyib.

O bildirib ki, bəzi namizədlər seçkiqabağı təbliğat-təşviqat kampaniyası rəsmi şəkildə başlamazdan əvvəl sosial şəbəkələrdə “fəaliyyətə” başlayıblar: “Sosial şəbəkələrdə cəmiyyətin qəbul etmədiyi standartlar, tələblər, formalaşdırılmış davranış normaları ki var, onların pozulması ilə bəzi insanlar özlərini sərbəst hiss edirlər. Bəzi insanlar sosial şəbəkələrdən istifadə edirlər. Bundan narahat olmaq lazım deyil. Zaman keçdikcə, cəmiyyət onları öz yerlərinə itələyəcəkdir. O zaman həmin adamlar görəcəklər ki, atdıqları bu addımla nəinki özlərinə tərəfdar toplaya bilməyəcəklər, hətta əksinə, onlara qarşı nifrət yaranacaq”.

Mızahir Pənahov bildirib ki, seçki prosesində sosial şəbəkələrin rolunu alqışlamalıyıq: “Ona görə sosial şəbəkələrə hətta müəyyən qanunun digər tələblərinin pozulması kimi yozula bilən, hansısa insanların qərəzli yanaşması nümayiş olunan hallar da olur. Bütün bu çatışmazlıqlara baxmayaraq, biz sosial şəbəkələrin rolunu alqışlamalıyıq. Çünki sosial şəbəkələr seçki prosesində birinci növbədə şəffaflığı təmin edir”.

Qeyd edək ki, bu il fevralın 9-da Milli Məclisə növbədənkənar seçkilər baş tutacaq.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın