08:00 24 Avqust 2019 58
Ana səhifə Xəbərlər

Mikroavtobus aşdı: 8 yaralı - HACIQABULDA AĞIR QƏZA

Hacıqabulda mikroavtobus aşıb, 8 nəfər xəsarət alıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Yevlaxdan Bakıya gələn Abdulrəhimov Elvin Elşən oğlunun idarə etdiyi "Mercedes" markalı 90 MZ 282 dövlət nömrə nişanlı mikroavtobusun qarşısına iri buynuzlu mal çıxıb: “Yevlaxdan Bakı istiqamətində hərəkət edirdim, qarşıma heyvan çıxdı saxlaya bilmədim”. Qəza nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan xəstəxanasına çatdırılıb. Qəza yerinə Hacıqabul və Şirvan təcili yardım xidmətləri cəlb olunub. Faktla bağlı Hacıqabul polis şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın