08:40 12 Noyabr 2019 40
Ana səhifə Xəbərlər

Milli Məclisin deputatı icra başçısı oldu - 43 YAŞI VAR

Milli Məclisin deputatı Elşad Eldar oğlu Həsənov Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyətinin başçısı təyin edilib.

APA TV-nin məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev bu barədə sərəncam imzalayıb. Elşad Həsənov 1976-cı il sentyabr ayının 27-də Bakı şəhərində anadan olub. 1982-ci ildə paytaxtdakı 23 saylı orta məktəbə gedib, 1992-ci ildə oranı qızıl medalla bitirib. Həmin il ilk dəfə test üsulu ilə Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinə qəbul olub. 1997-ci ildə fakültəni fərqlənmə diplomu ilə bitirib. Həmin il BDU-nun cinayət prosesi kafedrasında aspiranturaya qəbul olub. 4 il sonra aspiranturanı fərqlənmə ilə bitirib. 2004-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək, Azərbaycan Prezidenti yanına Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq elmləri namizədi, alimlik dərəcəsinə layiq görülüb.

2015-ci ildə V çağırış Azərbaycan Respublikası Milli Məclisinə 17 saylı Yasamal 3-cü Seçki Dairəsindən deputat seçilib. Ailəlidir, 2 övladı var. İngilis, rus dillərini bilir. Partiya mənsubiyyəti yoxdur.

Xatırladaq ki, qanunvericiliyə əsasən, Elşad Eldar oğlu Həsənovun deputatlığına xitam veriləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın