15:34 30 İyun 2020 275
Ana səhifə Xəbərlər

Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilib.

APA TV-nin xəbərinə görə, iclası açıq elan edən Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyə 7 məsələ daxil edilib və sənədlərin hamısı üçüncü oxunuşda olan qanun layihələridir. Qanun layihələri ayrı-ayrılıqda səsverməyə çıxarılaraq qəbul edilib.

Növbədənkənar sessiya dövründə Milli Məclisin 8 iclasının keçirildiyini deyən spiker qeyd edib ki, ötən müddət ərzində 35 qanun və qərar qəbul edilib: “Bu qanunvericilik aktları Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən hərtərəfli islahatların, quruculuq işlərinin hüquqi bazasını daha da möhkəmləndirməyə və təkmilləşdirməyə kömək edəcək. Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlər görülüb. Pandemiya dövrünün şərtləri nəzərə alınmaqla, xaricdəki həmkarlarımız ilə videokonfrans formatında bir sıra görüşlər keçirilib və danışıqlar aparılıb”.

Sonra Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsi ilə Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin hazırladığı Beynəlxalq parlamentarizm gününə həsr edilən videoçarx nümayiş etdirilib.

İclasın sonunda Milli Məclisin sədri Sahibə Qafarova Milli Məclisin növbədənkənar sessiyasını bağlı elan edib. Dövlət himni səsləndirilib və Parlamentin növbədənkənar sessiyası öz işini başa çatdırıb.

İlahə Vəliyeva

Musa Qulammirzəyev

APA TV

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın