00:04 23 May 2020 1003
Ana səhifə Xəbərlər

Mingəçevir su anbarı qanunsuz torlardan təmizlənib

Mingəçevir su anbarı qanunsuz torlardan təmizlənib.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsi əməkdaşları 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə birlikdə Mingəçevir Su anbarı hövzəsinə əməliyyat baxışı keçirib.Tədbir su anbarının Mingəçevin Daşburun , Yevlağın Xanabad körfəzləri və Samux vadilərində gerçəkləşdirilib. Əməliyyat zamanı hər üç istiqamətdə qanunsuz ovlama alətləri və torlar aşkar edilib. Sahibsiz olaraq buraxılmış tor və alətlər yığışdırılaraq su hövzəsindən götürülüb.

Qanunsuz ov alətlərinin müəyyən edilməsi və təmizlənməsi məqsədilə həyata keçirilən reydlər növbəti günlərdə də davam etdiriləcək.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın