00:38 17 Sentyabr 2020 512
Ana səhifə Xəbərlər

Mingəçevirdə bazar yaxınlığında minik maşını yandı

Mingəçevir şəhərinin Aydın Məmmədov küçəsində yerləşən Əşya bazarının yaxınlığında “Hyundai” markalı minik maşını yanıb.

APA TV-nin Mingəçevir bürosunun məlumatına görə, yanğın maşının mühərrikində başlayıb.

İlkin məlumata görə, yanğına səbəb mühərrikdəki nasazlıq olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə bölməsinin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, maşının digər hissələri yanğından mühafizə olunub.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın