14:40 29 Mart 2020 355
Ana səhifə Xəbərlər

Mingəçevirdə maarifləndirmə tədbirləri davam etdirilir

Ölkədə karantin rejiminin gücləndirməsi nəticəsində Mingəçevirdə də bulvar istirahət mərkəzi, parklar və digər əyləncə mərkəzləri xüsusi lentlə qapanmaqla vətəndaşların daxil olması qadağan elan edilib.

APA Tv-nin yerli bürosunun xəbərinə görə, həmin məkanlardan skamyalar oturmamaq üçün üst üstə yığılıb. Kür çayında gəmi gəzintilərdə tam dayandırlıb. Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları müəyyən istiqamətlərdə karantin rejimi tələblərini pozan vətəndaşları müəyyən edərək onlara ciddi xəbərdarlıq edib. Tələblərin təkrar pozulacağı halda inzibati məsuliyyət daşıyacaqları diqqətlərinə çatdırılıb. Eyni zamanda 10 dan çox vətəndaşın bir arada olmasının yoverilməz olduğu bildirilib. Küçədə dolaşmaq istəyən yaşlı şəxslərə xəbərdarlıq edilərək geri qaytarılıb.

Ümumən gün ərzində polis patrul maşınları səsgücləndiricilər vasitəsi ilə küçə prospekt və məhəllələri dolaşaraq insanları evdən çıxmamağa və karantin qaydalarına riayət etməyə dəvət edib. Bəzi sakinlər isə qadalardan xəbərsiz olduqlarını deyərək parklarda rahat hərəkət etməyə cəhd ediblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın