08:40 07 Noyabr 2019 197
Ana səhifə Xəbərlər

Mingəçevirdəki yeni qəbiristanlıqda niyə heç kəs dəfn edilmir? - SƏBƏB

Belə getsə, Mingəçevir sakinləri dünyasını dəyişən doğmalarını dəfn etməyə yer tapmayacaq. Birdən elə başa düşərsiniz ki, bu şəhərdə qəbiristanlıq yoxdur. Xeyr, elə deyil, Mingəçevirdə 4 qəbiristanlıq var. Hətta xristian əhalinin dini inanclarına uyğun mərasim keçirmək üçün məzarlıqları ayrıdır.

Yeri gəlmişkən... Şəhərdəki xristian qəbiristanlığından başqa, digər 3 məzarlıqda illərdir davam edən yer çatışmazlığı artıq əsl problemə çevrilib.

Məsələ burasındadır ki, “Köhnə qəbiristanlıq” istisna olmaqla, sakinlər doğmalarını torpağa tapşırmaq üçün əsasən “Mingəçevir kənd” və “Əli qəbiristanlığı” adlanan məzarlıqlara üstünlük verir.

Adı çəkilən qəbiristanlıqlardakı vəziyyət isə...

Başlayaq “Mingəçevir kənd” adı verilən qəbiristanlıqdan. Adından da göründüyü kimi, burada kənd sakinlərindən başqa digər ərazilərdən gələnlərə dəfn üçün icazə yoxdur. Bu səbəbdən “Əli qəbiristanlığı”nın ərazisi Bozdağın yamacları hesabına genişləndirilir. Yamaclar yonulur və sadəcə bir neçə qəbirin sığa biləcəyi yeni ərazilər ayrılır. Bu isə çıxış yolu yox, əksinə, vətəndaşlar üçün əlavə dəfn xərcləri deməkdir. Üstəlik qəbirlərin gələcəkdə deformasiyaya uğrayacağı təhlükəsi qaçılmazdır.

Və ən əsası, nəinki bu şəhərin sakinlərinin, azərbaycanlıların ənənəyə çevirdiyi bir məqam: İnsanlar vəfat edən doğmalarını bir məzarlıqda dəfn etməyə və ziyarətə gəlməyi üstün tutur. Bu isə vəziyyəti daha da çətinləşdirir.
Problemin həll edilməsinə cəhdlər edilib. 2015-ci ildə şəhər kənarında yeni qəbiristanlıq üçün 10 hektar ərazi ayrılıb. Nəzərdə tutulan ən vacib məsələ, burada geniş ərazilərin alınmasına izn verilməməsidir.
Fərqi yoxdur, köhnə, təzə... Qəbiristanlıq insanın son ünvanıdır deyirlər. Amma yaşamaq daha gözəldir, çalışaq yaşamaq haqqında düşünək!

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın