16:46 15 Sentyabr 2020 236
Ana səhifə Xəbərlər

Minik avtomobili yük maşınına çırpıldı – SÜRÜCÜ ÖLDÜ

Hacıqabulda ölümlə nəticələnən yol qəzası baş verib.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Pirsaat kəndi ərazisində qeydə alınıb.

Şirvan şəhər sakini 31 yaşlı Elvin Hüseynov magistral yolda hərəkətdə olarkən idarə etdiyi “Hyunadai” markalı avtomobil idarəetmədən çıxaraq qarşıda hərəkətdə olan yük avtomobili ilə toqquşub.

Zərbənin təsirindən minik avtomobili yoldan çıxaraq aşıb və yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın