13:17 17 Aprel 2021 96
Ana səhifə Xəbərlər

MM sədri beynəlxalq konfransda Ermənistanın minalanmış ərazilərin xəritəsini vermədiyini bəyan edib

Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqa səfəri çərçivəsində “COVID-19 pandemiyası şəraitində qlobal çağırışlar və təhdidlər. Terrorizm və şiddətli ekstremizm” mövzusunda keçirilən Beynəlxalq konfransda çıxış edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA TV-yə verilən məlumata görə, Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın təşəbbüsü ilə AŞPA, ATƏT PA, Aralıq dənizi Parlament Assambleyası və BMT-nin Terrorla Mübarizə İdarəsi ilə birlikdə təşkil olunan tədbirdə Sahibə Qafarova bildirib ki, Ermənistan tərəfi növbəti dəfə beynəlxalq humanitar hüququn prinsiplərini pozaraq minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir.

Milli Məclisin sədri beynəlxalq təşkilatları bu məsələdə Ermənistana təsir göstərməyə çağırıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın