12:44 29 Sentyabr 2020 163
Ana səhifə Xəbərlər

MN: "Ermənistan tərəfi köhnə videoları yeni görüntülər kimi təqdim edir”

"Ermənistan tərəfi köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir”.

APA TV-nin məlumatına görə, bunu Müdafiə Nazirliyinin mətbuat idarəsinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Azərbaycan Ordusunun ard-arda uğurlu döyüş əməliyyatlarından çıxılmaz vəziyyətə düşən Ermənistanın hərbi təbliğat maşını informasiya məkanında genişmiqyaslı təxribata başlayıb.

Belə ki, Ermənistan tərəfi həmişə olduğu kimi əvvəlki döyüşlərdən olan köhnə videomaterialları əhalisinə yeni kimi təqdim edir. Məqsəd öz uğursuzluqlarını əhalisinə uğurları kimi təqdim etməkdir.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın