11:06 29 Sentyabr 2020 120
Ana səhifə Xəbərlər

MN: Ermənistanın HHQ-mizin F-16 qırıcısını vurması yalandır, Azərbaycanın F-16-sı yoxdur

“Hərbi Hava Qüvvələrimizin aviasiya vasitələrinin tərkibində F-16 qırıcıları mövcud deyil”.

APA TV-nin xəbərinə görə, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı deyib.

O bildirib ki, Ermənistan tərəfinin guya Hərbi Hava Qüvvələrimizə məxsus F-16 qırıcısının vurulması barədə yaydığı məlumat yalandır və təxribat xarakteri daşıyır.

"Bildiririk ki, Hərbi Hava Qüvvələrimizin arsenalında F-16 tipli qırıcı təyyarələr mövcud deyil. Bu səbəbdən erməni tərəfinə xatırladırıq ki, olmayanı məhv etmək mümkün deyil".

Nazirlik rəsmisi azad edilən ərazilərin itirilməsi ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib. Onun sözlərinə görə, ordumuzun azad etdiyi ərazilərinin bir qisminin Ermənistan ordusu tərəfindən guya geri qaytarılması barədə erməni tərəfinin yaydığı xəbər dezinformasiyadır.

Bildiririk ki, azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib. Hazırda Azərbaycan Ordusu düşmənin müqavimətinin qırılması istiqamətində əməliyyatı həyata keçirir".

VAQIF Dərgahlı bu gün səhər saat 07.30-dan etibarən Ermənistanın Vardenis rayonunun ərazisindən Azərbaycanın Daşkəsən rayonunun ərazisinin artilleriya atəşinə tutulduğunu da qeyd edib.

O, Azərbaycan Ordusu tərəfindən adekvat cavab tədbirlərinin görüləcəyini qeyd edib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın