11:21 31 Oktyabr 2020 162
Ana səhifə Xəbərlər

MN: Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb

Ermənistan Müdafiə Nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun Qafan şəhəri yaxınlığındakı David Bek kəndi istiqamətində döyüş əməliyyatları aparması barədə bu ölkənin mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Bu barədə APA TV-yə Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Ordusunun bölmələri göstərilən istiqamətdən Qubadlı ərazisini artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açıb: "Bildiririk ki, bundan sonra da düşmənə qarşı adekvat cavab tədbirləri görüləcək".

Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunun Qiyaməddinli kəndini də atəşə tutub. Dağıntı və xəsarət alanların olmadığı bildirilir.

Müdafiə Nazirliyi Azərbaycan Ordusu tərəfindən guya fosfor tərkibli sursatların tətbiq olunması ilə bağlı Ermənistanın iddialarını da əsassız adlandırıb. "Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur. Bu kimi əsassız xəbərlər yaymaqla Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri hərbi cinayətləri gizlətmək məqsədini güdür", - məlumatda qeyd edilib.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın