14:31 17 Yanvar 2021 77
Ana səhifə Xəbərlər

MN: “Vətəndaşların müraciətlərinə baxılması üçün daha iki komissiya yaradılacaq”

Yanvar ayının 11 dən Müdafiə Nazirliyinin əmri ilə yaradılan komissiyada Bakı şəhəri üzrə 1751 nəfər, Füzuli rayonunda yaradılmış səyyar komissiya tərəfindən 202 nəfər vətəndaş qəbul edilib.

APA TV xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi Anar Eyvazov keçirdiyi brifinqdə bildirib.

O, qeyd edib ki, son 6 gündə qeydə alınan müsbət müraciətlərdən biri də bəzi vətəndaşların könüllü şəkildə komissiyada qalaraq insanlara köməklik göstərmək istəməsidir.

“Bu müraciətlər də nazirlik tərəfindən müsbət qarşılanır. Artıq müraciət edənlər komissiyada digər vətəndaşlara xidmət edirlər”

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə baxılması üçün yaradılmış komissiyaya “Veteran adı” və ya “Veteran kitabçası"nın təqdim edilməsi səlahiyyəti verilməyib.

“Komissiyaya “Veteran adı” və ya “Veteran kitabçası"nın təqdim edilməsi səlahiyyəti verilməyib. Odur ki, vətəndaşlarımızdan xahiş edirik bununla bağlı komissiyaya müraciət etməsinlər”

Səfərbərlikdən tərxis edilmiş vətəndaşların müraciətlərinə baxılması üçün daha iki komissiya yaradılacaq.

“Yanvar ayının 18-dən etibarən Bakı şəhərində yerləşən Pirəküşkül qəsəbəsindəki hərbi hissədə və Gəncə şəhərində yerləşən hərbi hissənin ərazisində səyyar komissiya fəaliyyət göstərəcək”

Həmçinin Anar Eyvazov bildirib ki, səfərbərlikdən tərxis edilmiş vətəndaşların rahatlığı və heç bir yerə getmədən sorğularının cavablandırılması üçün (Bakı 012 404 76 34 və ya 050 873 21 85, Gəncə 050 758 27 34, Füzuli 050706 70 07, Pirəkəşkül 050 653 16 39) qaynar xətt yaradılıb.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın